Ana səhifə / Cəmiyyət / Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərsliklər göndərib (FOTOLAR)

Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərsliklər göndərib (FOTOLAR)

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2018-2019-cu tədris ili üçün dərsliklər göndərib.
Report-un verdiyi məlumata görə, göndərilən vəsaitlərə 1-11 ci siniflər üçün, ümumilikdə, 24 127 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi daxildir.
Dərsliklər Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.
Nazirliyin Məktəbəqədər təhsil və ümumi təhsil departamentinin rəhbəri Mariam Çikobava dərsliklərə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Dərsliklərin yeni tədris ilinin başlanmasına qədər Azərbaycandilli məktəblərə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Təhsil Nazirliyinin Gürcüstanın Azərbaycandilli məktəblərə builki tədris ili üçün göndərdiyi dərsliklər 2017-2018-ci tədris ilə müqayisədə çoxdur. Belə ki, ötən il Azərbaycandan ümumi sayı 11 500 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllim üçün metodik vəsaitlər təqdim edilmişdi.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …