Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Təhsil nazirindən önəmli açıqlamalar

Təhsil nazirindən önəmli açıqlamalar

“Elm və innovativ iqtisadi inkişaf mövzusuna gəldikdə biliklərin bu dərəcədə əhəmiyyətli olduğu dövrdə, insan fəaliyyətinin elmdən asılılığı artır”.

Bunu təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən həftə Bakıda “İnnovasiya ekosisteminin qurulması” mövzusunda seminar keçirilib və bu seminarın əsas məqsədi müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verilməsindən ibarət olub:

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, ABŞ-ın Stanford və Berkli universitetlərinin professorlarının qatıldığı seminar innovativ ekosistemin bilik iqtisadiyyatı quruculuğundakı aparıcı rolunun müzakirəsi, ekosistemin ayrı-ayrı komponentləri üzrə fikir mübadiləsi aparılması və bu kontekstdə ölkəmizin ali təhsil sistemi üçün yaranan perspektivlərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Ali təhsil müəssisələrində oxuyarkən çalışan startapçıların özəyini düşünürəm ki, bu konfransda iştirak edən gənc tədqiqatçılar təşkil etməlidir”.

Nazir əlavə edib ki, komandalar yaradılmalı, çatışmayan bilik və kompetansiyalar aradan qaldırılmalıdır. “Düşünürəm ki, universitetlərimiz, Təhsil Nazirliyi də mövcud olan və yeni yaradılan alətləri ilə sizə dəstək verməyə hazırdır” — deyə Cabbarov əlavə edib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …