Ana səhifə / Cəmiyyət / “Təhsil naziri belə bir ifadə işlədibsə, istefa verməlidir”

“Təhsil naziri belə bir ifadə işlədibsə, istefa verməlidir”

“Əgər nazir dəqiq belə bir ifadə işlədibsə, bu adam istefa verməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev Təhsil naziri Emin Əmrullayevin 45 nömrəli məktəbin direktorunun rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan səs yazısına münasibət bildirərkən deyib. Ekspert qanunvericilikdə belə bir halın olmadığını vurğulayıb:

“Əgər adamın rüşvət alması hüquqi qaydada təsdiq olunubsa, o zaman ona heç bir şans verilməməlidir. Əks halda isə mümkündür”.

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə aydınlıq gətirib. “Bir hal olmuşdu ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə təyin edilib. Biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət Nazirliyin qərarını anlayışla qarşılayacaq”, – nazir bildirib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …