Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Şuşanın məhz bu kəndində ermənilərin böyük silah-sursat və ərzaq anbarları var…”

“Şuşanın məhz bu kəndində ermənilərin böyük silah-sursat və ərzaq anbarları var…”

“İşğala qədər və orduda xidmətdə olduğunuz sonrakı dövrdə Şuşa və Xankəndi yaxınlığında ermənilərin   hansı strateji obyektləri  barədə məlumatınız olub?” sualına cavabında tanınmış Qarabağ qazisi, istefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov maraqlı bir fakta toxunub.
“Təbii ki,  Milli Ordumuzun komandanlığı  belə strateji obyektlər, hərbi qərargah və silah-sursat anbarları haqda yetərli informasiyaya malikdir. Və verilən rəsmi məlumatlardan da bəlli olur ki,  bunun əsasında həmin obyektlərin xeyli hissəsi artıq məhv edilib. O yaxşı yadımdadır  ki, Şuşanın təxminən 10, Xankəndinin isə 3-4  kilometrliyində yerləşən və inzibati cəhətdən Şuşa rayonuna daxil olan Malıbəyli kəndində vaxtilə 15-16  böyük mal ferması, 7  məhsul anbarı, neçə-neçə yeraltı taxıl anbarları olub. Atam sovet dövründə orada sovxoz direktoru işlədiyi üçün bunları yaxşı bilirəm. İşğaldan sonrakı illərdə orduda olduğum müddətlərdə əldə etdiyim kəşfiyyat məlumatları əsasında da hesab edirəm ki, ermənilərin məhz Malıbəylidə böyük silah-sursat və ərzaq anbarları yerləşir. Sözsüz  ki, ordumuz da bu haqda məlumatlıdır və bəlkə də oradakı anbarları artıq çoxdan məhv edib…” – deyə keçmiş ordu mənsubu bildirib. Moderator.az 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …