Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Şuşanın icra başçısı “sərvət”indən danışdı: “Mənim adıma mülk var?”

Şuşanın icra başçısı “sərvət”indən danışdı: “Mənim adıma mülk var?”

“Onu yazan başından böyük qələt edib”.

Bunu saytımıza açıqlamasında Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Avropada yaşayan jurnalist Həbib Müntəzirin onun “topdağıtmaz” sərvəti ilə bağlı paylaşdığı siyahıdan danışarkən deyib. İcra başçısı telefonla müsahibə vermək istəmədiyini bildirib:
‌‌”Mən telefonla məlumat vermirəm. Adıma olanları tanıyırsınız? Mənim adıma olan mülk var? Biilmirəm kim edib, başından böyük qələt edib. Desin nədir, hansıdır? Nə müraciətim var, nə də…”

‌Qeyd edək ki, Avropada yaşayan jurnalist Həbib Müntəzir Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus  sərvət olduğunu iddia etdiyi siyahı yayıb.(qaynarinfo.az)

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …