Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / “Şuşada Vaqifin heykəlini tapa bimədim” – Şöbə müdiri

“Şuşada Vaqifin heykəlini tapa bimədim” – Şöbə müdiri

“Şuşa tarixi abidələr şəhəridir. 39 ildən sonra ölkə başçımızın məhz yanvarın 14-də Şuşaya getməsi və güllələnmiş abidələri Qarabağa qaytarmasının rəmzi mənası var”.

Bunu Azvision.az -a açıqlamasında Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov deyib.Ölkə başçısının Şuşa şəhərinə səfərindən danışan Z.Abbasov bildirib: “30 il idi ki, ürəyimizin dərinliyində nisgil, ağrı var idi. Onun müalicəsi tapılmırdı. Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü elə bir möcüzə ortalığa qoydu ki, ürəyimizdəki xəstəlik birdən-birə yox oldu. Bundan gözəl nə ola bilər?! Ölkə başçısının məhz yanvarın 14-ü Şuşaya səfər etməsinin mühüm əhəmiyyəti var. 1982-ci ildə həmin gün ümumilli lider Heydər Əliyev ailəsi ilə birgə Molla Pənah Vaqifin məqbərəsinin açılışına gəlmişdi. Mən o zaman şəhər partiya komitəsində məsul vəzifədə çalışırdım. Camaat onları çox isti münasibətlə qarşıladı. Həmin vaxt güclü qar yağırdı. Onlar Cıdır düzünə qədər piyada getdilər. Tədbirdə Heydər Əliyev Mirzə İbrahimova göstəriş verdi ki, bundan sonra hər il Vaqif poeziya günləri keçirilsin. Belə tədbirlərin təşkilatçılarından biri də mən idim. Bu il “Xarı Bülbül” festivalının, Vaqif Poeziya günlərinin keçirilməsində iştirak edəcəyəm”.

Bu yaxınlarda Şuşadan qayıtdığını deyən Z.Abbasov oradakı abidələrin ermənilər tərəfindən məhv edildiyini söyləyib.

“Şuşadan bir neçə gün öncə qayıtmışam. Abidələrimizi, tarixi yerlərimizin çoxunu dağıdıblar. Molla Pənah Vaqifin heykəlini axtardım, amma tapa bimədim. Görünür məhv ediblər. Yaxın günlərdə yenə gedəcəyəm, bu işlərlə məşğul olacağam. Mindən artıq eksponatı toplamışam.

30 ildir ki, biz burada Şuşanın bütün tarixi abidələrinin rəsmini hazırlamışıq. Orada 17 məhəllə olub, bütün məhəllələrin, küçələrin 300-dən artıq rəsm əsəri əlimizdədir. Şuşada asfalt yol çəkilmirdi, yolların hamısı qaya daşlarından düzəldilirdi. Hansı məhəllədə yerə nə qədər daş döşəndiyini belə bilirik. 1990-cı ildən bu vəzifəyə Şuşada təyin edilmişəm, elə həmin vəzifədə Şuşaya qayıdıram”, – deyə şöbə müdiri qeyd edib.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …