Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Sürücüləri “avtoş” adı ilə tutan ”Beko Rəşad” özü kameraya düşdü – VİDEO

Sürücüləri “avtoş” adı ilə tutan ”Beko Rəşad” özü kameraya düşdü – VİDEO

“Beko Rəşad” kimi tanınan DYP əməkdaşı işıqforun qırmızı işığına məhəl qoymur. Criminal.az saytı xəbər verir ki, Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan yol polisi əməkdaşı bu dəfə özü qayda pozaraq Avtosfer.az-ın kamerasına düşüb.

Belə ki, oktyabrın 9-da, axşam saatlarında Füzuli küçəsində hərəkətdə olan 99-YP-272 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü Rəşad Nağıyev iki dəfə svetoforun qırmızı işığında sayrışan işığı və xüsusi səs siqnalını qoşmadan hərəkət edib. Görüntülər digər avtomobildə quraşdırılmış videoregistratora qeyd olunub.

Qeyd etdiyimiz patrul avtomobilinin sürücüsü Rəşad Nağıyev Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır. Belə ki, “Beko Rəşad” kimi tanınan həmin şəxsdən sürücülər narazıdır. Çünki sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman Rəşad Nağıyev həmin sürücüləri saxladaraq avtoxuliqan kimi rəsmiləşdirir, avtomobili isə cərimə meydançasına aparır. Bu hadisə bir çox sürücünün başına gəlib.

Amma indiki videodan görünür ki, Rəşad Nağıyev şəhərin küçələrində özü yol hərəkəti qaydalarını davamlı olaraq pozur. Əslində isə polis öz davranışı ilə cəmiyyətə örnək olmalıdır.

“Beko Rəşad” kimi sürücüləri cərimələyib və sonda özü qayda pozaraq xidmət aparmamalıdır. Bu cür xidmət arzuolunmaz və yolverilməzdir. Əminik ki, törətdiyi xətaya görə Rəşad Nağıyevi inzibati məsuliyyətə cəlb edib protokol tərtib edəcəklər və həmin protokolu kütləvi informasiya vasitələrində işıqlandıracaqlar.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın