Ana səhifə / Cəmiyyət / Sumqayıtda DYP əməkdaşları ilə taksi sürücülərinin “centlimen” münasibəti… – FOTOLAR

Sumqayıtda DYP əməkdaşları ilə taksi sürücülərinin “centlimen” münasibəti… – FOTOLAR

AR İXM taksi fəaliyyəti ilə məşğul olunanlara şamil olunmur?!
Azinforum.aza daxil olan məlumata görə, Sumqayıtda Azərbaycan Respublikasının Qanunları taksi sürücülərinə şamil olunmur. Kənardan görsənən ilk təəssüratdan bu  qənatə gəlmək olar ki, Sumqayıtda Dövlət Yol Polisinin (DYP) əməkdaşları taksi sürücüləri ilə “centlemen sövdələşməsi” əsasında fəaliyyət göstərir.
Şəhərin istənilən ərazisində, dayanma, durma və parkanma qaydalarını pozan taksi sürücülərinə qarşı DYP əməkdaşları heç bir inzibati tədbir görmür. Eyni sırada dəyanan avtonəqliyyat vasitələrindən cərimə yalnız sıravi vəətəndaşlara şamil olunur.
Azinforum.az-ın əməkdaşı bu kimi hal ilə 20 mart tarixində Sumqayıtın Bakı prospektində rastlaşıb. Belə ki, prospektdə 12 mərtəbələr deyilən ərazidə 99 YP 167 dövlət nömrə nişanlı Dövlət Yol Polisinin əməkdaşları taksi fəaliyyəti ilə məşğul olmayan vətəndaşlara AR İXM-nin 346.1 maddəsinə əsasən (dayanma qaydalarını pozduğuma görə) cərimələr yazırdı.
Bu isə DYP əməkdaşlarının vəzifə saləhiyyətlərindən sui istifadə edilməsi, qanunun tələbinə fərdi yanaşma deməkdir. Aydın şəkildə görmək olurdu ki, DYP əməkdaşları ilə taksi sürücüləri arasında mehriban “münasibət” var.
Bu kimi hallar vətəndaşlar tərəfindən ictimai qınağa çevrilməli, AR İXM-nin maddələrinin hamı üçün eyni dərəcədə şamil olunaraq tətbiq edilməlidir.

 

17327798_10208952466833123_906928686_n

 

 

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın