Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Sülhmərəmlı səfir  Aleksandr Şapiro Sulimanın evindən oğurluq olub – Bakıda

Sülhmərəmlı səfir  Aleksandr Şapiro Sulimanın evindən oğurluq olub – Bakıda

“Report”un xəbərinə görə, naməlum şəxslər İsrail Azərbaycan Beynəlxalq Tibb Mərkəzinin rəhbəri Aleksandr Şapiro Sulimanın Keşlə qəsəbəsində yerləşən mənzilindən 13 min manat və 10 min ABŞ dolları oğurlayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Azinforum.az olaraq qeyd edirik ki, Aleksandr Şapiro Suliman yəhudi əsilli iş adamı olmaqla yanaşı, həm də bir sıra beynəlxalq qurumların Azərbaycandakı təmsilçisidir. Sülhməramlı səfir statusunu daşıyan bu şəxs İsrail- Azərbaycan diasporlarının daha da yaxınlaşmasında müstəsna əmək sərf edir.

Qeyd edək ki, onun təşkilatçılığı ilə bu günlərdə bir qrup israilli jurnalist Azərbaycanda səfərdə olub.

Hadisə ilə bağlı, yaxın saatlarda Aleksandr Şapiro Sulimanın öz münasibətini təqdim edəcəyik.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın