Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Süleyman Mikayılov Qaradağı şəxsi mülkünə çevirib

Süleyman Mikayılov Qaradağı şəxsi mülkünə çevirib

“Qəsəbənin yalnız mərkəzi hissəsi diqqət mərkəzindədir. Qalan yerlər isə unudulub. Rayonu sosial problemlər ağuşuna olub. Hər yer zəbt edilib. İş yerləri yoxdur, icra başçısı hər obyektə əl qoyub”.

Bunu Qaynar.info-ya Qaradağ rayonun Lökbatan qəsəbəsinin sakinləri deyiblər.

Sahibkarlar icra başçısının şəxsi fonduna pul ödəməkdən müflis olublar

Vətəndaşlar bildirirlər ki, Lökbatanın mərkəzi hissəsində tikilən beş mərtəbəli binaların yalnız yola baxan hissəsi üzlənib. Ara küçələrdə ki, istər binalar, istərsə də başqa iaşə obyaktləri tanınmaz haldadır.

Sənaye baxımından çox böyük potensiala malik olan Qaradağ rayonunda acınacaqlı durum yaranıb. İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun xüsusi qanunları ilə idarə olunan rayonda ciddi sosial problemlər hökm sürür. Rayondan aldığımız məlumatlara əsasən, icra başçısı Qaradağı xüsusi mülkiyyəti kimi idarə edir. Burada ən böyük sahibkar, iş adamı elə Süleyman Mikayılovun özüdür.

Təsadüfi deyil ki, yerli iş adamları hər zaman rayonda yaranan gərgin atmosferdən şikayətçi olublar. Belə ki, Süleyman Mikayılov tərəfindən daima təzyiqlərlə üzləşən sahibkarlar icra başçısının şəxsi “fonduna” vəsait ödəməkdən müflis olublar.

Hətta bir müddət öncə icra başçısının zülmündən təngə gələn sahibkarlar Prezident Administrasiyası önündə bir neçə dəfə aksiya keçiriblər. Onlara problemlərinin həll olunacağı deyilsə də, heç bir irəliləyiş əldə olunmayıb.

Süleyman Mikayılov özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib

Süleyman Mikayılov Qaradağ rayonunun artıq 5 ildir ki, icra başçısıdır. O, rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosial cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayon mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir.

Bundan başqa, Süleyman Mikayılov iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. Üstəlik, Lökbatan qəsəbəsi 28 may küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən “Cırtdan kafesi”ni tikdirib.

Onu da bildirək ki, ölkə başçısı sözügedən rayondakı tədbirlərdə iştirak etdiyi ünvanların ətrafı qismən abadlaşdırılır, ondan 100 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür.

Süleyman Mikayılov rayonu şəxsi mülkünə çevirib
Süleyman Mikayılov rayonu şəxsi mülkünə çevirib
Süleyman Mikayılov rayonu şəxsi mülkünə çevirib
Süleyman Mikayılov rayonu şəxsi mülkünə çevirib
Süleyman Mikayılov rayonu şəxsi mülkünə çevirib
Süleyman Mikayılov rayonu şəxsi mülkünə çevirib

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın