Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Sosial şəbəkələrdə yazanların əksəriyyəti zır savadsızdır” – Zərdüşt Əlizadə

“Sosial şəbəkələrdə yazanların əksəriyyəti zır savadsızdır” – Zərdüşt Əlizadə

“Biz müharibəyə son qoyub barışmalıyıq. Barışmaq üçün isə Qarabağ ermənilərini maraqlandırmaq lazımdır. Çünki vurmaq, yıxmaq, öldürmək, kəsmək, doğramaq yox, əksinə, sadəcə sülh bağlamalıyıq. Əgər sülh bağlayanda Qarabağ erməniləri Azərbaycan Respublikasının vətəndaşları olacaqsa, onlar bu ölkənin vətəndaşı kimi təqaüd və müavinət almalıdırlar. Maşallah ki, hökumətimiz də kasıb deyil. Ona görə də bunu öz üzərinə götürməli və maliyyə narazılığını aradan qaldırmalıdır”. 


Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə Qarabağ ermənilərinə müavinətlərin verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Xatırladaq ki, Z.Əlizadənin bu fikri sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. Bir sıra sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, 30 ildən çoxdur Dövlət Sosial Müdafiə Fonduna 1 qəpik belə ödəməyən ermənilərin Azərbaycan dövlətindən sosial müavinət və təqaüd alması mümkünsüzdür: 

“O ki qaldı əhalimizin sosial fonda ödədiyi pulların müqabilində aldığı az pensiyalara, bu, artıq millətimizin öz günahıdır. Onlar bunu tələb etsinlər. Gözlərinin qabağında məmurlar milyardlar qazanırlar, xaricə daşıyırlar. Zəhmət çəksin, onların qarşısını alsın və iş yerləri tələb etsin. Onlara çatacaq sərvətə sahib çıxsın. Əgər etmirsə, o nə üçün ermənidən inciyir? Erməniyə pensiya verilsə də, Azərbaycan qanunvericiliyinə uyğun olacaq. Ayda 10 min manat filan alası deyillər ki?! Azərbaycanlılar alan pensiyadan onlar da alacaq. Təklifim budur”.

“Sosial şəbəkələrdə bunu birmənalı qarşılamayıbsa, gözüm aydın! Sosial şəbəkələrdə yazanların əksəriyyəti zır savadsız, dünyadan bixəbər adamlardır.

Biz onlara pensiya verməklə onları inteqrasiya prosesinə cəlb edə bilərik. Camaatın hamısı maaş üçün çalışmır ki? Onlar da bizim kimi insanlardır da. Əgər onların maraqları olsa ki, Azərbaycanda yaşamaq onalr üçün xeyirdir, buna raızlaşarlar”, – yekunlaşdırıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …