Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Sosial şəbəkələrdə avtoxuliqanlıq təbliğ edilir – VİDEO

Sosial şəbəkələrdə avtoxuliqanlıq təbliğ edilir – VİDEO

Özünü “Ağdamlı Faiq” kimi təqdim edən şəxs saxta profil vasitəsi ilə “facebook”un canlı yayımında avtoxuliqanlıq edir.

O, canlı yayım zamanı avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır. Üstəlik, saatda 160 kilometrdən artıq sürətlə gedərkən, özünün də dediyi kimi ”bir əlində telefon, bir əlində sükan” olur.

O, bu hərəkətləri edə-edə izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır.

“Ağdamlı Faiq” bu hərəkətləri mütəmadi şəkildə etdiyini deyir. Açıq şəkildə avtoxuliqanlığın təbliği ilə məşğul olan şəxsin əsas izləyiciləri isə azyaşlılar və gənclərdir. Gənclərin suallarını cavablayan Faiq öz “məharətindən” ağız dolusu danışır. Hətta bir dəfə canlı yayımda qəza etdiyini də deyir.

Qeyd edək ki, bu görüntülər Ağdamda qeydə alınıb. Ümumiyyətlə isə, son dövrlər bu cür hallara tez-tez rast gəlinir. Özlərini avtoxuliqan zənn edənlər sosial şəbəkələrdə bu hərəkətlərini izləyiciləri ilə paylaşırlar və qanunsuz hərəkətlərini təbliğ edirlər.

Baş Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, bu görüntülər araşdırılacaq, rayon üzrə təhlükəsizlik kameralarına baxış keçiriləcək və qanun çərçivəsində bütün tədbirlər görüləcək.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …