Ana səhifə / Cəmiyyət /  Soner Yalçın yazır: “Atatürkün əsgərləri bu kor inamın necə əsiri oldu?”

 Soner Yalçın yazır: “Atatürkün əsgərləri bu kor inamın necə əsiri oldu?”

Bu, 30 illik bir mübarizədir:
“Camaat, dövləti ələ keçirəcək heyətlər yetişdirir” dedik.
Yalançı dedilər.
“Camaat, dövlətin önəmli vəzifələrini ələ keçirdi” dedik.
Paranoya xəstəsi dedilər.
“Camaat, hər kəsi dinləyir və insanlara tələ qurur” dedik.
“Uydurma” dedilər.
“Ərgənəqon, Balyoz tələdir” dedik.
Həbsxanaya atdılar, “jurnalist deyillər” dedilər.
2 il sonra Silivri həbsxanasından çıxdıq.
Gizlənmədik, mühitə adaptasiya olmağa çalışmadıq, gerçəyi yazmaya davam etdik:
“Camaat çevrilişə hazırlaşır” dedik.
Qulaq asmadılar.
Və nəticədə.. Bütün dediklərimiz doğru çıxdı.
İndi…
Bizim bildiklərimizi başqaları bilmirdi? Pensilvaniyaya gedib Fətullah Gülənin əlini öpən siyasətçi, biznesmen, jurnalist bilmirdi?
Hamısı bilirdi.
Bilə-bilə gedib biət etdilər. Çünki adları böyük, özləri isə kiçik idilər. Hiyləgər idilər. Pul, şöhrət və vəzifə arxasınca qaçırdılar.
Hə, şübhəsiz ki ən başda…
Qiyam gecəsinə gedən yolda AKP-nin böyük günahları var.
Bəs..
Ana müxalifətin yoxdur?
Baş Qərargahın yoxdur?
Mətbuatın yoxdur?
Necə yəni?
Oda TV-dəki iki gənc Barışın bildiyini bunlar bilmirdi?
Oda TV-dəki iki gənc Barışın gördüyünü bunlar görmürdü?
Bilirdilər.
Bilə-bilə göz yumdular.
Biz jurnalistikanın namusunu xilas etdik.
Bəs digərləri?
“Bizim Məhəllə”də AKP-ni tənqid etməyə nə var?!
Bəs Fətullah Gülənə dəstək verən Bülənt Ecevitə nə deyəcəyik?
Bəs Camaatdan məlumat aldığı üçün susan müxalif deputatlara nə deyəcəyik?
Bilirəm… Görürəm… Bura Yaxın Şərqdir. Heç kim özünü tənqid etməyəcək və hər kəs çevrilişə qarşı necə mübarizə apardığını danışacaq. Bura kağızdan düzəldilmiş qəhrəmanların ölkəsidir. Türkiyə artıq heç kimin üzünün qızarmadığı bir ölkədir.
MEHDİ QİYAMI
Bura biliksizlər ölkəsidir.
Heç kim oxumur, araşdırmır amma rahat-rahat tənqid edir.
“Belə çevriliş olar?” deyirlər.
Bu sualı verəcəklərinə bu məntiqi sualı verməkləri düzgün olmaz?:
Bu generallar, zabitlər, mayorlar və s. Fətullah Gülən kimi şərlatana necə inandılar?
Atatürkün əsgərləri bu kor inamın necə əsiri oldu?
Baxın..
– Gülən yuxularında qeybdən xəbər gəldiyinə inanır və bu mövzuda tez-tez öz təcrübələrindən danışır. “Seçilmiş şəxs”/Mehdi olduğunu iddia edir.
– Gülən cinlərin bir çox işlə məşğul ola biləcəyini bildirir. Məsələn, kəşfiyyatda cinlər işlədilə bilərdi. Cinləri aktiv şəkildə işlətməyin yolunu tapan dövlət gələcəyin supergücü olardı!
– Gülən tilsimli kağızların sağlamlaşdırıcı gücünə inanır və psixoloji bir problemi olan xalasını bu üsulla sağaltdığını deyir!
– Gülən bir şəxsin fotosuna baxaraq hər cür xəstəliyinin sağaldıla biləcəyinə inanır.
– Gülən kamil şəxslərin burunları ilə eşidə bildiyini, topuqları ilə iyləyə bildiyini, barmaqları ilə görə bildiyini deyir.
– Gülən bir şəxsin eyni anda iyirmi fərqli yerdə görülə bildiyini deyir. Səid-i Nursi həbsxanada olanda eyni vaxta məsciddə namaz qılırmış.
Buna inananlar necə məntiqli hərəkət edə bilər? (16 iyul tarixinin Hz.Məhəmmədin Məkkədən Mədinəyə hicrət etdiyi gün olduğunu xatırlatmaqda fayda var!)
Başını boş xurafatlarla dolduran Camaatçı zabitin uğurlu bir çevriliş edə biləcəyinə necə inanırsınız?
17-25 Dekabr Əməliyyatı da bu səbəblə uğursuz olmadı?
Hakimlər, vəkillər, polislər, zabitlər zənn edirlər ki, Gülənin mistik qüvvəsi ilə iqtidarı ələ keçirəcəklər!
Türkiyənin necə bir təhlükədən qurtulduğunu bəziləri hələ də görmək istəmir! Səbəb? Çünki tək bildikləri şey Ərdoğana düşmən olmaqdır.
CAMAAT ƏSLİNDƏ NƏDİR?
Ərdoğan məğlubiyyətə məhkumdur.
Çünki realist deyil.
Çünki məntiqlə hərəkət etmir.
Sadəcə gözübağlı bir mübarizdir. Halbuki bu bəs etmir.
Hissləri ilə hərəkət etdiyi üçün tez-tez aldadılır.
Hələ də..
Fətullah Gülən mövzusunda rasional düşünə bilirmi, şübhəliyəm.
Bu köşədə 26 Noyabr 2015-ci il tarixində belə yazmışdım:
“İran-Rusiya düşməni, İsrail-ABŞ dostu Camaat yazıçıları, Rus təyyarəsinin vurulmağı mövzusunda aylar sonra ilk dəfə Ərdoğanla həmfikir oldu.”
Həqiqətən.. “Vur” əmrini kim verdi? Siyasətçilər yoxsa hərbçilər?
Baxın! Birdən ağlıma nə gəldi:
TSK tərkibindəki Camaata hələ də niyə əməliyyat gerçəkləşdirilmir?
Bunu demək istəyirəm:
Camaat bir “Qladiyo” təşkilatıdır.
Camaatın sahibi CIA-dir.

Camaat ABŞ-ın maraqları ilə birgə hərəkət edən xurafatçı bir təşkilatdır.
İlk vəzifəsi dağılan SSRİ daxilindəki müsəlmanları amerikalaşdırmaq idi. Sonra Asiya, Afrika və Yaxın Şərq ölkələrində vəzifəsini yerinə yetirməyə başladı.
1961-ci ildən etibarən CIA 139 ölkədə “Sülh Könüllüləri” fəaliyyəti ilə nə etdisə, 1990-cı illərdən sonra da Camaat bəzi ölkələrdə eyni fəaliyyətləri gerçəkləşdirdi.
Yəni…
Yenə kimsə və ya kimlərsə..
Yenə qondarma demokratlar…
Yenə mərkəzi mətbuat..
Məsələnin əsasını xalqdan gizlədir.
Gerçək budur:
Camaat CIA-Qladiyodan xəbərsiz əlini tərpədə bilməz.
Bəs… Ərdoğan bu realist qiymətləndirməni apara bilir? Zənn etmirəm.
Baxın..
Dünya İŞİD bəlasından danışarkən Ərdoğan küçələrdəki İŞİDvari mənzərələrdən narahat olmur.
TSK-nı Ərgənəqon və Balyoz istintaqlarından sonra bir daha ağır şəkildə zədələyəcək mənzərələri Anadolu Agentliyinin əli ilə yayımladır. TSK-nın mübarizə aparan igid komandirləri sayəsində çevrilişin qarşısının alındığını tezliklə yaddan çıxardığını görürük.
Nəticədə..
Artıq müasirləşmə mədəniyyətinə məcbur olduğunu anlamalıdır.
Bunun yolu ağıldan keçir, hisslərdən yox!

Tərcümə Terefdar.az-ındır

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın