Ana səhifə / Cəmiyyət / “SMS-icazə tətbiq olunmasa yoluxma daha da artacaq” – DEPUTAT

“SMS-icazə tətbiq olunmasa yoluxma daha da artacaq” – DEPUTAT

“Artıq koronavirusa yoluxma faizi bir neçə dəfə sağalanların sayından üstündür. Bu artıq ciddi siqnaldir. Və belə olan vəziyyətdə sərt karantin tədbirlərinin keçirilməsi labüd görünür”.

Bunu MediaBaku.az-a açıqlamasında Millət vəkili Elman Nəsirov bildirib.

“Son günlər ölkəmizdə koronavirus pandemiyasına yoluxma faizi artmaqdadır. Və xüsusilə də, artıq bu günləri Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumat doğrudan da, bir daha təsdiqləyir ki, artıq müəyyən sərtləşdirmə tədbirlərin keçirilməsi qaçılmaz olacaq. 1429 nəfərin yoluxması, 548 nəfərin sağalması, 17 nəfərin isə ölüm faktı qeydə alınması, onu göstərdi ki, artıq koronavirusa yoluxma faizi bir neçə dəfə sağalanların sayından üstündür. Bu artıq ciddi siqnaldir.

Belə olan vəziyyətdə sərt karantin tədbirlərinin keçirilməsi labüd görünür. Xüsusilə də oxşar vəziyyətlərdə sərtləşdirmə tədbirləri bir müddət sonra effekt verir. Əlbətdə ki, bu sərt karantin rejimi müəyyən məhdudiyyətlər yaradır və insanların psixologiyasına da təsirsiz qalmır. Təbii ki, bu müəyyən sosial problemlərin artmasına səbəb olur. Lakin insan həyatı hər şeydən dəyərli və qiymətlidir. Və məsələyə bu məntiqlə yanaşdıqda, görünür ki, bu sahədə müəyyən boşluq yaranıb.

Mən hesab edirəm ki, metropolitenin uzun müddət işləməməsi nəticə etibarilə yerüstü nəqliyyat vasitələrindən xüsusilə də sərnişinlərin avtobuslardan istifadə faizini dəfələrlə artırılıb, biraz da açıq desək, milyonlarla insanların daşınmasını metropoliten həyata keçirirdi. İndi isə həmin funksiya avtobusların üzərinə düşüb. Belə olan vəziyyətdə avtobuslarda maska taxılır, dizinfeksiya vasitələrinden istifadə edilir. Amma üçüncü çox mühüm bir şərt yəni sosial məsafənin saxlaması 1.5 m və 2 metrlik sosial məsafənin saxlaması artıq qeyri-mümkün olur və insanlar bir çox hallarda avtobusda çox sıx şəkildə dayanmalı olurlar. Sosial məsafə gözlənilmədən bu faktiki əmr mümkün deyil. Bu isə nəticə etibarilə yoluxma faizinin artmasına gətirib çıxarır.

Mənə elə gəlir ki, artıq maskalardan istifadə ilə bağlı heç bir problem yoxdur. Yəni insanların mütləq əksəriyyəti maskalardan istifadə edir. Deməli sosial məsafə məsələsi əsas problemlərdən birinə çevrilib. Ona görə də, hesab edirəm ki, Operativ Qərargah qərarlar qəbul edərkən bu faktırı mütləq nəzərə almalıdır. Və görünür ki, artıq gün ərzində 1500-ə yaxın yoluxma faktı qeydə alınıbsa bu o deməkdir ki, müəyyən sərtləşdirmə tədbirlərinin həyata keçirilməsi, sms icazə verilməsi, labüd olacaq. Yəni bunu indidən proqnozlaşdırmaq mümkündür. Analoji vəziyyətlərdə Operativ Qərargah məhz belə addımlar atıb”, – deyə millət vəkili bildirib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …