Şənbə , Aprel 20 2024
Ana səhifə / SİYASƏTÇİYƏ “BADIMCAN” LƏQƏBİNİ MTN-DƏKİ İLQAR VƏ ELÇİN CÜTLÜYÜ VERİBMİŞ – MÖVQE

SİYASƏTÇİYƏ “BADIMCAN” LƏQƏBİNİ MTN-DƏKİ İLQAR VƏ ELÇİN CÜTLÜYÜ VERİBMİŞ – MÖVQE

Azinforum.az  xəbər verir ki, jam.az saytının “Badımcan ləqəbli siyasətçi kimdir?” başlığı ilə yayınladığı yazı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yazıda bildirilir ki, həmin şəxs partiya sədridir və deputat olub:
“Azərbaycanda siyasət aləmində olanlara bu və ya digər şəkildə ayama verilməsi nadir təsadüf olan haldır. Əsasən də onların xarakterinə və ya siyasətdə davranışlarına görə, ləqəb dilə gətirilir. JAM.AZ xəbər verir ki, bəzən isə bu ləqəb nəinki xarakter, hətta həmin şəxsin öz mahiyyətini də tam ifadə edir.
Bildirək ki, ölkə siyasətində olanların da ayamaları var. Onların arasında biri də var ki, istər hakimiyyət dairələrində, istərsə də müxalifətin bir qismində ayaması «Badımcan»dır. Bitki ləqəbini almış həmin şəxsin hələ tələbəçilik dövründən də analoji şəkildə dostları tərəfindən çağırıldığı deyilir. İddia olunur ki, «Badımcan» ləqəbləi siyasəti partiya sədridir, hətta deputat da olub.
Məsələ ilə bağlı detallı bilgilər araşdırmalardan sonra açıqlanacaq”.
Sosial şəbəkədə bu standartlara kimin uyğun gəldiyi barədə qızğın müzakirələr aparılıb. Üstüörtülü eyham vuranlardan biri də tanınmış siyasətçi Ramiz Tağıyev olub. O,  Azinforum.az-a açıqlamasında bildirib ki, “Badımcanı” çox adam tanıyır:

” Ləğv olunan MTN Antiterror Mərkəzi yaxşı bilirdi. Onlar adqoyma mərasimi keçirib tələbə yoldaşı olan dostlarını badımcanlaşdırmışdılar. İndi İlqar ölüb, Elçin də Kürdəxanıda.Dəqiqləşdirmək üçün jurnalist ezam etmək lazımdır”.
Azinforum.az apardığı araşdırma nəticəsində “badımcanın” konkret adını da müəyyənləşdirib. Zərurət yaranacağı təqdirdə mütləq təqdim edəcəyik”.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın