Ana səhifə / Cəmiyyət / “Şiddətə məruz qalmışam…” – Ruhidən qadın zorakılığı ilə bağlı tədbir

“Şiddətə məruz qalmışam…” – Ruhidən qadın zorakılığı ilə bağlı tədbir

Ötən gün Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi və sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” adlı tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində reallaşan tədbirdə  DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov, xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və başqa sənətçilər iştirak edib. 

Aksiyanın yekun yığıncağında sosial çarx təqdim olunub, daha sonra Pantomima Teatrının aktyorları qadına qarşı zorakılıqdan bəhs edən kiçik səhnəcik göstərib.

Tədbirin aparıcısı Emin Şahzadə olub və çıxış üçün ilk sözü Ruhi Əliyevaya verib. Biznes-leydi çıxışında hər kəsi şiddətə məruz qalan qadınları dəstəkləməyə çağırıb:

“Azərbaycan qadını, anası fədakardır. Bunu öz anam, yaxınlarımdan bilirəm. Bizim xanımlar övladları, ailəsi üçün canlarını yandırırlar. Buna baxmayaraq qadınlara lazımı qiymət bəzən verilmir. Təkcə Azərbaycanda deyil, dünyada belədir. Mətbuatda tez-tez oxuyuruq ki, gün ərzində ən azı 2-3 qadın şiddətə məruz qalır. Bu xəstəlik kimi baş alıb gedir. Ətrafımızda bu cür şiddətə məruz qalan qadınlara dəstək olmalıyıq. Özüm də şiddətə məruz qalmışam.

O demək deyil ki, mənə qarşı fiziki güc tətbiq ediblər, xeyr! Psixoloji olaraq şiddətə məruz qalmışam. Amma daha sonra ayağa qalxmağı bacarmışam. Qadınların zəif olduğunu söyləyirlər, amma onlar çox güclüdürlər.  Bu bir aksiyadır. Şiddətə məruz qalan qadınlar görünmək istəmədilər. Amma onlara dəstək olduq. Düşünürəm ki, maarifləndirici tədbirlər çox olmalıdır”.

Gecədə xalq artisti Samir Cəfərov və müğənni Elton Hüseynəliyev də çıxış edib.

Tədbirdən hazırladığımız videosujeti təqdim edirik:

Elvin Elxan

Video:Pərvin Zeynal








Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …