Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Şeyxin qudası: “Deputatlıq nə böyük şey oldu ki…” 

Şeyxin qudası: “Deputatlıq nə böyük şey oldu ki…” 

Milli Məclisin deputatı Qalib Salahzadə Həcc ziyarətini yarımçıq qoyaraq, ölkəyə qayıdaraq deputatlığa namizədliyinin verilməsi istiqamətində danışıqlara başlaması ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.

Q.Salahzadə Trend-ə Həcc ziyarətini yarımçıq qoyub, geri dönməsini təsdiqləsə də, deputatlığa namizədliklə bağlı informasiyanın əsassız olduğunu deyib:

“Deputatlıq nə böyük şey oldu ki, mən buna görə, siyasi mənsubiyyətimdən imtina edim. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiya məsləhət bilirsə ki, seçkilərdə iştirak etməyim, sözsüz, iştirak etməyəcəm. Mən hələ seçkidən qabaq mətbuata açıqlama vermişdim ki, YAP-ın siyahısında adım olmasa, seçkilərə qatılmayacam”.

Xatırladaq ki, YAP-ın seçki siyahısında Q.Salahzadənin namizədliyi irəli sürülməyib.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın