Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Şeyx şəhidlərin məzarlarını ziyarət edib

Şeyx şəhidlərin məzarlarını ziyarət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla bir qrup din xadimi qəhrəman Vətən oğullarının xatirəsini yad etmək üçün İkinci Fəxri xiyabanda olublar.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə Azərbaycanın Milli qəhrəmanları Mübariz İbrahimovun və Fərid Əhmədovun məzarlarını ziyarət edən QMİ sədri, İdarənin rəsmiləri və din xadimləri şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarlarına tər çiçəklər düzüb, ruhları üçün dualar ediblər.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …