Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Şeyx: “Kiminsə əlindən, ayağından öpmək olmaz”

Şeyx: “Kiminsə əlindən, ayağından öpmək olmaz”

“Müğənni Damlanı tanımıram. Pərəstişkarlarından kiminsə müğənninin əlini öpməsi eybəcər bir haldır. Bu, xalqın mənəviyyatına ziyan vurmaq üçün təşkil olunan və böyük bir utanc gətirən əməllərdir. Heç kəsin əlindən öpmək olmaz, yalnız müqəddəs anaların əlindən öpmək olar. Hər ananın deyil, xalqa, dövlətə, nəsilə öz töhfəsini verənlərin əlini öpmək olar…”

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq Artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Xalq artisti, həmçinin kişilərin qadınların əlini öpməsini daha eybəcər və gülməli bir hal olduğunu qeyd edib: “Bu, Avropadan gələn çox pis bir ənənədir, millətin kökünə, soyuna, əxlaqına, dəyərlərinə ziddir. Heç kimin əlindən, ayağından öpmək olmaz. Müsəlman qanunu, əxlaqında qadın əlini kişinin əlinə verməz. Biz qəhrəman anaların əlindən öpürük, o da simvolik şəkildə, çünki onlar Azərbaycan xalqına tarixi şəxsiyyətlər, şəhidlər, qazilər veriblər. Bu simvolik olan and yerimizdir. Yoxsa bir manıs baldırını, sinəsini açıq qoyub, onun əlini öpürlər. Adam da kimsə oxuyanda ağlayar? Kimdir bu Rübabə Muradova, Xan Şuşinski, Şövkət Ələkbərova, Rəşid Behbudov? Bu gün Azərbaycanda kimin ailə vəziyyəti ağırdır, kim özünə iş tapmır müğənnilik edir. Bir az yaraşığı varsa, ora-burasını da bəzəyirlər iş olur tamam, toylarda pul qazanırlar, sonra da kef edirlər. Yəni kimin səsi yoxdursa, müğənnilik edir, əsas odur ki, xoşagəlimli olasan. İndi texnologiya elə inkişaf edib ki, lal-kar adamı oxudub danışdırırlar. Hamısı da xaric oxuyur, heç biri kökdən oxumur. Efirə buraxılacaq adamlar üçün kommissiya yaradılmalı, musiqidən, səsdən, ritmdən rəsmi imtahan verilməlidirlər. Azərbaycanın elə xalq mahnıları var ki, onların sözlərini, avazlarını özlərinə uyğunlaşdırıb pis günə qoyublar. Mədəniyyət Nazirliyi, dövlət televiziyaları hara baxır?”

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …