Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Şeyx Əbdül Mahmudov: “Rasim Balayev, gəlin birləşək, birlikdə fikirləşək”

Şeyx Əbdül Mahmudov: “Rasim Balayev, gəlin birləşək, birlikdə fikirləşək”

“Fikir formalaşdırırlar ki, guya kimsə kiməsə qarşıdır. Çıxıb mətbuata cəfəngiyat açıqlamalar verir, qarşıdurma yaradır, su bulandırırlar”.

Bu sözləri Xalq artisti, kinorejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında bildirib. Xalq artisti onun ittifaqdan istefa verməsi ilə bağlı yayılan xəbərlərə də mövqe bildirib:

“Bir kinostudiyası olan ölkədə iki kino ittifaqına nə ehtiyac var? Bu ittifaqlar hansı şəraitdə, hansı məqsədlə yaradılıb, bunun üzərindən artıq illər keçib, ona görə də bu məsələni gəlin qatlayıb qoyaq kənara. Hamımız birləşək və qayda-qanunla qurultay çağırıb, kimi istəyiriksə onu da sədr seçək bitsin.

Gəlmişəm televiziya kanalına, məndən soruşurlar ki, “siz də ittifaqdan istefa vermisiniz? Axı mən necə istefa verə bilərəm? Cəmil  Quliyevin də ittifaqdan istefa verməsi ilə bağlı yayılan xəbərlər ağ yalandır, şantajdır,  növbəti provokasiyadır. Mən  kino adamıyam, ittifaqdan çıxıb, hara gedə bilərəm? Kino mənim evimdir. İttifaqdakı  bəziləri getməlidir, amma getmir, illərdir qalıblar orda. Şəfiqə Məmmədova üçün ayıb deyil?! Nə görüb, yapışıb oradan, məlum deyil”.

Şeyx Əbdül Mahmudov daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevə səslənib:

“Mənim Rasim Balayevə hörmətim əvvəlki kimidir. Ona səslənirəm ki, Rasim müəllim, gəlin kino xətrinə birləşək, birlikdə qurultay keçirək, sədr seçək.

Bildirim ki, Şəfiqə Məmmədova sadəcə 5 il qayda-qanunla sədr seçilib, çalışıb. Digər illərdə isə onlar orada qeyri-legitim olaraq işləyiblər. Buna görə də onların hamısı aldıqları maaşı dövlətə qaytarmalıdırlar. Hansı haqla orada oturublar? Kimə güvənirlər?”

“Əgər qurultay keçirilirsə,  kimin sədr seçilməsini istəyərdiniz?” sualımıza isə Xalq artisti bu cür cavab verdi:

“Kino ittifaqı kino xadimlərinindir. Kino xadimlərinin də rəhbəri tarixən rejissorlardır və bütün dünyada belədir. Ona görə də istərdim ki, sədr olaraq ya Cəmil Quliyev, ya da Ayaz Salayev, Elxan Cəfərov, Vaqif Mustafayev seçilsin. Şəfiqə xanım icazə versin ki, biz artıq bizdən gənc olanları önə çıxaraq, kino ilə bağlı dərdimizi, problemlərimizi onlara deyək”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …