Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Şeyx Əbdül Elxan Qasımovdan danışdı: “Qəhər məni boğur, danışa bilmirəm, çünki… “

Şeyx Əbdül Elxan Qasımovdan danışdı: “Qəhər məni boğur, danışa bilmirəm, çünki… “

“Çox təəssüf, vəziyyəti ağır stabil olaraq qalır. Adamın üstündə Allah var, Mədəniyyət Nazirliyinin nümayəndəsi məsələni daim nəzarətdə saxlayır. Amma qəhər məni boğur, danışa bilmirəm… Elxan Qasımovun işi Allaha qalıb”.

Bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış kinorejissor, aktyor Şeyx Əbdül Mahmudov dostu, Əməkdar artist Elxan Qasımovun son vəziyyəti ilə bağlı danışarkən deyib.

Şeyx Əbdül ötən şənbə günü Elxan Qasımovun yerləşdirildiyi xəstəxanaya baş çəkdiyini deyib:

elxan-qasimov-900x505.jpg (108 KB)

“Həkimlər əlindən gələni edirlər, amma ümid Allaha qalıb. Ötən şənbə onu görmək istədim. Yanına getdim, gördüm və görməyimə peşman oldum. Canlı meyit kimi qalıb. Hərdən orqanlarını tərpədir, dəyişiklik olur, amma həyat əlaməti yoxdur. Dəhşəti budur ki, 60 illik dostumdur, ona baxıram, amma əlimdən bir şey gəlmir. Adam özünü çox aciz hiss edir. Elxan kimi əjdaha oğlan indi bu cür əziyyət çəkir”.

Şeyx Əbdül 78 yaşlı Elxan Qasımovun bu günə qədər Xalq artisti adını almamasından da gileylənib:

“Elxan Qasımovu bütün Azərbaycan xalqı sevir. O, ömrünün az qala 60 ilini kinoya, sənətə bağlayan sənətkardır, amma təəssüf ki, ona Xalq artisti adı verilməyib. Özü də danışan, səsini çıxaran adam deyil, hamı bilir ki, o, necə qürurludur. Ola bilsin ki, üzdə büruzə verməsə də, içində xiffətini çəkib.

Məlum olduğu kimi, illər öncə gözünün ağı-qarası olan oğlunu faciəli şəkildə itirdi. Bu onun üçün böyük dərd oldu və ürəyindən əməliyyat olundu. Daha sonra səhhətində digər problemlər yaranmağa başladı. Allahdan Elxan Qasımova şəfa diləyirəm”.

Xatırladaq ki, tamaşaşıların daha çox “Şofer Əhməd” kimi tanıdığı Əməkdar artist Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …