Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Sevinc Əzimbəyli İctimai Şuraya üzv seçilib

Sevinc Əzimbəyli İctimai Şuraya üzv seçilib

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 29 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib.
Seçki prosesinin sonunda seçki qutusu açılıb və səslər Seçki Komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb.
Səsvermənin nəticələrinə əsasən aşağıda adları qeyd edilmiş QHT təmsilçiləri Komitə yanında İctimai Şuranın üzvü seçiliblər:
Siyahını təqdim edirik:
1.Nəriman Qasım oğlu Qasımzadə – Din və Demokratiya Mərkəzi İctimai Birliyinin sədri;
2.Əliməmməd Mali oğlu Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri;
3.Solmaz Baba qızı Əmirova – “Aydınlığa Doğru” İctimai Birliyinin sədri;
4.Sevinc Yadulla qızı Əzimbəyli – Yeni Üfüq İctimai Birliyinin sədri;
5.Rəna Rza qızı Mirzəzadə – Gender və İnsan Hüquqi Araşdırmalar Birliyinin sədri;
6.Asim Nazim oğlu Vəliyev – Gənclərin Töhfəsi İctimai Birliyinin sədri;
7.Fəxrəddin Nazim oğlu Həsənzadə – Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri.
Qeyd edək ki, İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
Azinforum.az
DQİDK yanında yaradılan İctimai Şuraya seçkilər keçirilib  DQİDK yanında yaradılan İctimai Şuraya seçkilər keçirilib DQİDK yanında yaradılan İctimai Şuraya seçkilər keçirilib

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …