Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Sevgililərini katibə, laborant götürürlər!” – İttiham

“Sevgililərini katibə, laborant götürürlər!” – İttiham

“Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərə direktor təyin edəndən sonra bir nəzarət etsin ki, onlar da sevgililərini, saxladığlarını məktəbə katibə, laborant vəzifəsinə götürməsinlər”.

Bu fikirləri tanınmış təhsil eksperti Kamran Əsədov Facebook profilində yazıb.

K.Əsədov direktorlara aşağıdakı ittihamları da irəli sürüb:

“Tədris ili başlayan kimi bunlar da başladı. X-XI sinif şagirdlərindən aylıq, illik pul alıb buraxmaqları azdır, indi dərs saatı bölgüsünə də müəllimlərdən 50-100 manatdan pul yığmağa başlayıblar.

Xəzər rayon Binə qəsəbəsində olan məktəblər və onların direktorlarının qanunusuz əməlləri barədə gələn həftə ərzində tədbir görülməsə, baş verən hadisələrdə hər iki qurumun marağı və əli olduğunu qəbul edib məsələni daha açıq şəkildə yazacam”.

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …