Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Seriallarımızda ailə dəyərləri təhrif olunur” – MTRŞ-dən ittiham

“Seriallarımızda ailə dəyərləri təhrif olunur” – MTRŞ-dən ittiham

“Efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaydığı açıqlama qeyd olunub. Bildirilib ki, komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur: “Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir”. 

Bundan əlavə, açıqlamada qeyd olunub ki, yerli seriallarda sponsorla bağlı da vəziyyət ürəkaçan deyil: 

“Sponsorlar seriallarda gizli və açıq şəkildə reklam edilir. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur. Bu hallar isə reklam qanunvericiliyinin pozulmasına gətirib çıxarır”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …