Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Seriallar lotu-potu yığıncağıdı, saqqallı gədələr oyun çıxarırlar…”

“Seriallar lotu-potu yığıncağıdı, saqqallı gədələr oyun çıxarırlar…”

“Harda ərindən boşanmış, şit qadınlar var hamısı efirlərdədir…”

Bir neçə müddətdir ki, telekanallarımızda qalmaqal yaratmaq üçün ya şivən salan falçılar verilişlərə dəvət olunur, ya da aparıcı və qonaqlar özlərinə seçdikləri yeni hamam xalatında efirə çıxırlar. Bu addımların hamısı sözsüz ki, publikaya hesablanmış addımlardır.
Artıq üç ildən çoxdur ki, telekanlarımızda iştirakdan imtina edən sabiq millət vəkili, nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında bəzi telekanalların biabırçı vəziyyətdə olduğunu bildirdi:
“Mən sizə deyim ki, yeni çapdan çıxmış “Yazdıqlarım… Yazılanlar…”  adlı kitabımdakı yazıların yarısında efirlərimizdəki problemlərdən bəhs olunur. Təkcə bu hamam xalatı söhbəti deyil. Efirlərimizdən iyrənmişəm. Hər gün zəng vurub verilişlərə çağırırlar, amma getmirəm. Üç ay bundan öncə Orxan Fikrətoğlunun verilişində qonaq oldum və orda da efirlərimizdəki acınacaqlı vəziyyətə toxundum. İndi də Kamran Həsənli zəng vurub verilişə dəvət edir. K.Həsənli də vaxtilə yaxşı verilişlər aparıb, savadlı oğlandı”.
X.Qoca telekanallarımızda dilimizin korlanmasına və seriallarımızdakı problemlərə də toxunub:
“Zaur Baxşəliyevin verilişlərinin hamısı şitdi. Bu haqda qısa danışmaqla söhbəti yekunlaşdırmaq olmaz. Harda ərindən boşanmış, şit qadınlar var, hamısı efirlərdədir. Səhərdən axşamacan oynayıb, yallı gedirlər. Bunların sahibi yoxdur?! Bu televiziya sədrləri hara baxırlar?!  Harda savadsız, ağılsız adamlar var, hamısı efirlərdədir. Azərbaycanlıların heç biri telekanallarımıza baxmaq istəmir. “Ovqat” və sair verilişləri çıxmaq şərtilə digər verilişlərə baxmaq mümkün deyil. Ümumiyyətlə  seriallar lotu-potu yığıncağıdı, saqqallı gədələr oyun çıxarırlar. Yaramaz gədə-güdələr yığıncağıdı. Yeni kitabımda onlardan bəhs olunur. Azərbaycan dilini bilmirlər, savadsızdırlar. Ən bayağı, şit adamlar telekanallarda meydan sulayırlar. Əslində millətin arasında belə adamlar çoxdur. Efirlər bunlar üçün dilimizi korlamaq yeridi”.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …