Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Saytların vəziyyətini anlayıram və onların maliyyələşməsinin tərəfdarıyam” – Əflatun Amaşov

“Saytların vəziyyətini anlayıram və onların maliyyələşməsinin tərəfdarıyam” – Əflatun Amaşov

Prezident İlham Əliyev 22 iyul Milli Mətbuat Günü münasibətilə imzaladığı sərəncamla jurnalistlərin bir üzünü güldürsə də o biri üzünü xəyal qırıqılığına uğratdı.

Jurnalistlərə tikilməkdə olan binanın tikintisinin başa çatdırılması üçün əlavə olaraq 3 milyon manat ayrılması hamının ürəyincə olsa da bu gün ölkənin informasiya siyasətində print medianı demək olar ki, sıradan çıxaran elektron mediyaya bir qəpik də ayrılmadığı halda qəzetlərə 1 milyon manat vəsaitin yarılması birmənalı qarşılanmadı.

Etiraf edək ki, bu pərtlikdən bir sıra da pay düşdü. Amma təbii ki, dünyanın sonu deyil və üstəlik, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da elektron medianın qayığılarını, ehtiyac və umacaqlarını hamıdan yaxşı bildiyindən yaxın gələcəkdə bu istiqamətdə də addımların atılacağını istisna etmir. Hər halda onun Moderator.az əməkdaşının sualına verdiyi nikbin ovqatlı cavab belə düşünməyə əsas verir:

“Xatırlayırsınızsa mən müsahibələrimdə, jurnalistlərlə söhbətlərimdə, eyni zamanda Milli Məclisdəki çıxışlarım zamanı qəzetlərin durumun çox ağır olduğunu bildirmişdim və əlavə dəyər vergisi məsələsinə yenidən baxılmasını təklif etmişdim. Mənim çıxışımın ikinci hissəsi elektron medianın da maliyyələşməsinin təmin edilməsi idi. Amma görünür əlavə dəyər vergisinin ləğvinin əvəzində ağır durumda olan qəzetlərə kompensasiya kimi bir milyon manat vəsaitin ayrılması məsələhət bilinib. Təbii ki, saytların maliyyələşməsi məsələsi də gündəmdədir. Yəqin ki, sentyabrda bu istiqamətdə təkliflərimiz və çalışmalarımız olacaq. Mən də saytların vəziyyətini anlayıram və onların maliyyələşməsinin tərəfdarıyam. Etiraf edirəm ki, bu gün oxucular informasiyanı qəzetlərdən daha çox elektron mediadan alır. Ümid edirəm ki, tezliklə bu məsələ də həllini tapacaq və istər həqiqətlərimizin dünyaya çatdırılmasında, istərsə də Ermənistanla aparılan informasiya savaşında öz sözünü qətiyyətlə deyən elektron mediamıza büdcədən maliyyə dəstəyi ayrılması təmin ediləcək”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın