Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Şaxta Baba və Qar qız olmaq istəyənlərin sayı kəskin azalıb

Şaxta Baba və Qar qız olmaq istəyənlərin sayı kəskin azalıb

Bu günə qədər Şaxta baba və Qar qız personajları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə 3 müraciət daxil olub.

Bu barədə AzVision.az-a Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Meriya rəsmisi bildirib ki, onların fəaliyyətinə icazələrin verilməsinə dekabrın 15-dən başlanılacaq.

“Ötən illərlə müqayisədə müraciətlərin sayı azalıb. Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün hər personaj ayrılıqda 60 manat ödəniş etməlidir. Fotoqraf kimi fəaliyyət göstərmək üçün isə müraciət edən yoxdur. Artıq hər kəs öz telefonu ilə şəkillər çəkir və fotoqraflara ehtiyac qalmır”.

Ə.Bağırov bildirib ki, Yeni illə bağlı artıq paytaxtın küçə və parklarının bəzədilməsinə və ayrı-ayrı yerlərdə yolkaların qurulmasına başlanılıb: “Dekabrın 10-dan sonra yolkaların qurulması ilə bağlı intensiv iş aparılacaq. Yolkalar ən çox Dənizkənarı Milli Parkda olacaq. Eyni zamanda ən böyük yolkanın əvvəlki kimi orada qurulacağı güman edilir”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …