Ana səhifə / Cəmiyyət / “Sarı xoşbəxt edir, qırmızı kökəldir” – Rənglərin qidalanma psixologiyasına maraqlı təsirləri

“Sarı xoşbəxt edir, qırmızı kökəldir” – Rənglərin qidalanma psixologiyasına maraqlı təsirləri

Hər rəngin qidalanma psixologiyanıza tamamilə fərqli təsirlərinin olduğunu bilirdinizmi?

İnsanlarda yemək davranışı həssas, fiziki və psixoloji aclıqla baş verir. Rənglər qidalanma psixologiyasına ciddi təsir göstərir. Rənglər qidaların qəbulunu, daha çox və ya az yemək istəyinizi müəyyənləşdirir. Məsələn, yaş artdıqca qadınlarda narıncı rəngə maraq azalır.

Rənglərin iştahınıza təsirini təqdim edirik.

Qırmızı

Qırmızı rəng iştah stimullaşdırıcıdır. Qırmızı fastfood reklamları və restoranların afişalarında geniş istifadə olunur. Qırmızı rəngə üstünlük verməkdə məqsəd diqqəti cəlb etməkdir. Qırmızı rəng düşünmədən və həyəcanla hərəkət etmək istəyini stimullaşdırmaqla fərqində olmadan daha çox yemək yeməyə səbəb ola bilər.

Narıncı

Qırmızı kimi narıncı da enerjili bir rəng sayılır. Rahatlaşdırıcı təsiri olan narıncı rəng stressi azaldır və yeməyə daha çox istək yaradır.

Sarı

Sarı rəng hormon serotoninin (xoşbəxtlik hormonu) ifraz olunmasına kömək edir. Bu yolla insan daha xoşbəxt, rahat, diqqətsiz münasibət göstərə bilər, qidalanma nəzarətini itirib, daha çox yeyə bilər.

Mavi

Mavi sülhün rəngidir. Dinclik və rahatlıq rəngi olsa da, iştah yatırıcı xüsusiyyəti ilə tanınır. Arıqlamaq və qida istehlakını azaltmaq istəyirsinizsə, mavi rəngli qablarda yemək yeməyə üstünlük verin.

Yaşıl

Yaşıl rəng həmişə qidalanma üzərində sağlamlığı təmsil edir. Bunun səbəbi, yaşıl rəngin tərəvəz və salat kimi qəbul edilməsi və bu qidaları istehlak edən insanın sağlam yemək və arıqlaması fikridir. Bu səbəbdən, restoranlarda “sağlam qida” vurğulayarkən yaşıl rəngə daha çox üstünlük verilir. Həzmi gücləndirir və rahatlıq verir. Yaşıl rəng yemək istəyini artırmır. Musavat.com

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …