Ana səhifə / Cəmiyyət / Şapiro Söyün Sadıxova qoşuldu  – FOTO

Şapiro Söyün Sadıxova qoşuldu  – FOTO

Azinforum.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi Söyün Sadıqov, İstanbul – Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyinin beynəlxalq diplomatiya, informatika və biznes üzrə vitse prezidenti, sülhməramlı səfir Aleksander Şapiro Suliman, Krım – Tatar Mədəniyyət Dərnəkləri Federasiyasının rəhbəri Ünver Sel və Yevgeniy Kurçatovun təşəbbüsü və təşkilatçılığı ilə Rusiyada Beynəlxal Siyasi Klub yaradılıb.

İctimai və beynəlxalq fiqurları, beynəlxalq ictimai quruluşları, qatılmaq istəyən fiziki və ya hüquqi şəxslər, iş adamları, rəssamlar, şairlər və elm adamlarını artıq bu klub vasitəsiylə bir araya gətirmək olacaq. Kulubun yaradılmasında əsas hədəflərdən biri də slavyan və türk xalqlarının dillərini qorumaqla yanaşı iş, mədəniyyət və turizm sahələrində sabit bir siyasi-sosial mühit yaratmaqdır. Eyni zamanda Slav – Türk təmsilçilərini birləşdirməkdir. Təşkilatçıların verdiyi məlumata görə Klubun nəzərdə tutulan planları genişdir. Bu planlara iş və turizm, mədəniyyət əlaqələri çərçivəsində bir neçə proqram da daxildir. Qurum təsisçilərinin fikrincə bu klub sayəsində Slav və Türk xalqları arasında sıx əlaqələr də yaranacaq.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın