Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Şanlı Qələbəmizin 100-cü günü münasibətilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə canlı rəsm-sərgi müsabiqəsi keçirilib

Şanlı Qələbəmizin 100-cü günü münasibətilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə canlı rəsm-sərgi müsabiqəsi keçirilib

16 fevral 2021-ci il tarixində Vətən müharibəsində əldə etdiyimiz Şanlı Qələbəmizin 100-cü günü münasibətilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə canlı rəsm-sərgi müsabiqəsi həyata keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra bizə zəfər yaşadan əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan  Bakı Gənclər Mərkəzinin  direktoru Nərgiz Babayeva gəncləri salamlayaraq, 44 Günlük vətən müharibəsinində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan ordusunun qəhrəmanlğı və xalqın güc birliyi sayəsində əldə olunduğunu xüsusi fəxr hissi ilə vurğuladı.

 14-26 yaşlı gənclərin iştirakı ilə baş tutan rəsm-sərgi müsabiqəsi 2 saat müddətində davam etmiş, gənclər öz istedadını nümayiş etdirərək, vətən müharibəsini, qəhrəmanlarımızı ifadə edən rəsmlər çəkdilər.

Rəsm-sərgi müsabiqəsi yekunlaşdıqdan sonra münsiflər heyətinin iştirakıyla 3 ən yaxşı rəsm əsəri seçilmişdir. Qalib seçilən gənclər zəfər nişanəsi olan Xarı bülbül yaxa sancağı və sertifikatla mükafatlandırılıblar.

Digər iştirakçılar həvəsləndirici sertifikatla təltif edildilər.

Qeyd edək ki, xüsusi karantin qaydalarına riayət edilmişdir.

Vətən müharibəsində qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qüdrətli Azərbaycan ordusuna minnətdarıq!

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …