Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Samir Şərifov dedi ki, niyə bu sözü ona Əbülfəs Qarayev deməyib?!”

“Samir Şərifov dedi ki, niyə bu sözü ona Əbülfəs Qarayev deməyib?!”

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təsadüfi insanlar gələ bilməz. Bu teatrda mükəmməl baş rejissor və rejissor heyəti olmalıdır”.

Bu sözləri Xalq artisti Əli Nur “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

Aktyor forumda iştirak edən mədəniyyət nazirinin birinci müavini və nazir səlahiyyətlərini icra edən Adil Kərimliyə müraciət edib: “Bu teatrda teatrı göz bəbəyi kimi qoruyan direktor olmalıdır. Vaxtilə Akademik Milli Dram Teatrının bütün sexləri yüksək səviyyədə idi. Amma iş elə gətirdi ki, tamaşaya çıxmağa bir xəncər tapmadım.

Vaxtilə Akademik Milli Dram Teatrına elə bir direktor göndərilmişdi ki, teatrın bir dənə daşı qalmışdı. Direktorun qəbuluna Xalq artisti gəlirdi. Monitorda görürdü ki, Xalq artistidir, deyirdi ki, gözləsin. Bir saatdan sonra isə deyirdi ki, getsin, sabah gəlsin. Belə uşaqları teatra direktor göndərmək ayıbdır”.

Ə. Nur bunları əlavə edib: “O vaxt maliyyə naziri Samir Şərifovdan xahiş etmişdim ki, qırov düşən kimi teatrda ayaqlar sürüşür, yıxılırıq, daşları dəyişin. Dedi ki, niyə bunu mənə Əbülfəs Qarayev demədi?! Dedim ki, mən deyirəm, ola bilsin, Əbülfəs Qarayevin vaxtı yoxdur”.

Qeyd edək ki, teatra 2010-2016-cı illərdə İsrafil İsrafilov, 2016-2023-cü illərdə isə Azər Paşa Nemətov rəhbərlik edib.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …