Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Samir Azərbaycan kişisinə yaraşmayan hərəkət edib”- Vəkil

“Samir Azərbaycan kişisinə yaraşmayan hərəkət edib”- Vəkil

Teleaparıcı Kamran Həsənlinin vəkili Türkel Sülemanlı müğənni Samir Piriyevin qarşı tərəf haqqında səsləndirdiyi iddialara münasibət bildirib.

Musavat.com saytına açıqlama verən vəkil onun sözlərini ağ yalan adlandırıb:

“Piriyevin vəkili deyir ki, guya, Kamran Həsənli onlara 35 min manat təklif edib ki, məsələ bağlansın. Bu ağ yalandır. Kamran onlara pul təklif etməyib. Onlar özlərindən sensasiya yaradırlar, yalan məlumatlar uydururlar. Bu söhbətlər şantaj xarakter daşıyır. Kamran Həsənli günahsızdır. Onun barəsində cinayət işi fakt üzrə qaldırılıb, lakin bununla bərabər biz Samirdən şikayətçiyik. Çünki yalan məlumatlar yayır. Biz də buna görə hüquqi müstəvidə addım atıb, şikayətçi olacağıq ki, Samirlə bağlı ölçü götürülsün. Çünki istintaqın gedişi zamanı yalan məlumatlar verir. Məqsədləri hüquq-mühafizə orqanlarında və cəmiyyətdə Kamrana qarşı mənfi fikir yaratmaqdır. İstəyirlər ki, hər kəs Kamranın özünü günahkar hiss etdiyini və buna görə pul təklif etdiyi düşünsün. Lakin bunlar ağ yalandır. Biz onların yalanlarını ifşa edəcəyik. Samir Piriyevin istintaq dövründə hansı əyri yollara əl atdığını və bundan peşman olduğunu, kiminsə toyunda pulsuz oxuyub işin gedişinə təsir göstərmək istəməsini açıqlayacağıq”.

Süleymanlı S. Piriyevin “beşbarmaq”la döyülməsində Kamran Həsənlinin adının hallanmasına da münasibət bildirib:
“Əgər, Kamrandan şübhələnirlərsə, gedib şikayət etsinlər. Samir özü bilir ki, kimə sataşıb, qeyri-etik hərəkət edib. Samir Azərbaycan kişisinə yaraşmayan hərəkət edib, ona görə də döyülüb. Həqiqəti özü bilir. Amma Kamrandan şübhələnirsə, şikayət etsin”.

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …