Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Samir Adıgözəlliyə vəzifə verildi – SƏRƏNCAM

Samir Adıgözəlliyə vəzifə verildi – SƏRƏNCAM

Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni sərəncam imzalayıblar.

Həmsədrlərin sərəncamına görə, Samir Adıgözəlli həmsədr aparatının rəhbəri təyin edilib. Qeyd edək ki, bundan öncəki dönəmdə də bu vəzifə S.Adıgözəlliyə etibar edilmişdi.

Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında yeni vəzifəyə təyin olunmasını təsdiqləyib: “Bundan əvvəl də, bu vəzifəni mən icra edirdim. Qeyd edim ki, bu vəzifə seçkili  orqan  olan qurultay tərəfindən  formalaşdırılmır. Həmsədrlərin imzaladığı sərəncama görə, təyinat almışam.  Çalışacam ki, mənə göstərilən etimadı doğruldum”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın