Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Samir Adıgözəlli:  “Azərbaycanın Gürcüstandakı səfirliyi ilə bağlı şok səs yazısı yayacam”

Samir Adıgözəlli:  “Azərbaycanın Gürcüstandakı səfirliyi ilə bağlı şok səs yazısı yayacam”

Bu ilin aprel ayının 23 –də Gürcüstanın paytaxtı Tiflis şəhərində qondrama Erməni soyqrımını qınamaq məqsədi ilə “Beynəlxalq Diaspora Mərkəzi” tərəfindən aksiya təşkil edilmişdir. Həmin aksiya zamanı BDM – nin sədri İsmayil Ağayev BDM sədrinin birinci müavini Samir Adıgözəlli Gürcüstan sərhədindən heç bir səbəb göstərilmədən buraxılmayıblar.

Azinforum.az xəbər verir ki, hadisə ilə bağlı Samir Adıgözəli bildirir ki, BDM Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edib. S. Adıgözəlli əlavə edir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də yaranmış vəziyyətlə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinə rəsmi olaraq müraciət ünvanlasa da səfirlikdən cavab ala bilməyib.

Samir Adıgözəlli qeyd edib ki, Beynəlxalq Diaspora Mərkəzi Gürcüstan Konsulluğuna da müraciə tedib, məsələyə münasibət öyrənib:

“Gürcüstan Konsulluğundan bildirdilər ki, bu işlərlə Azərbaycanın Gürcüstandakı səfirliyi məşğul olmalıdır. Azərbaycanın Gürcüstandakı səfirinin müavini özü mənə şəxsən bildirib ki, Gürcüstana buraxılmamağımızın səbəbkarı Bakıdakı digər adını çəkmək istəmədiyim dövlət qurumudur. Bunun məndə səs yazısı da var. Ancaq mən hesab edirəm ki, əsl səbəb birmənalı olaraq Gürcüstandakı erməni lobbisidir. Görünən budur ki, səfirlik öz günahını digər dövlət qurumun üzərinə yıxmaq istəyir. Apardığım araşdırmaya görə, bu bəhanənin heç bir əsası yoxdur. Azərbaycan səfirliyindən tələb edirk ki, bizim müraciətimizə baxsın ki, Gürcüstana buraxılmağımıza icazə verilsin.  Bir faktı da qeyd edim ki, səfir müavini mənimlə telefon söhbətində bizi Gürcüstana buraxmaq istəməyən qurumun adını çəkib. Düzü, mən inanmıram ki, Azərbyacanın maraqlarını müdafiə edən bir şəxs kimi hansısa dövlət qurumumuz mənim Gürcüstana keçməyimə razı olmasın. Yəqin ki, bu günlərdə səfir müavini ilə aramda olan telefon danışığını yayacam”.

Azinforum.az

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın