Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Samirə Bağırova: “Dedilər ki, icra başçısı yatır, gözləyin, 1 saata da oyana bilər, 2 saata da…”

Samirə Bağırova: “Dedilər ki, icra başçısı yatır, gözləyin, 1 saata da oyana bilər, 2 saata da…”

“Metroda, dayanacaqda, növbədə dayanan xarici məmurlar bizim məmurlardan hər halda əskik deyillər. Çünki dövlətin məmuru xalqı dinləyən, anlayan tərəfdir, xalqın danışan dilidir. Mütləq xalqın içində olmalı, müşahidə etməlidir. Çatışmazlıqları görüb, lazım gəlsə, digər aidiyyatı olan məmurlara tədbir görülməsinə dair hər halda xəbərdarlıq, ya tapşırıqlar verilməlidir. Ölkəmizdə dövlət məmurlarını nəinki xalq içində görmək, heç iş otaqlarında qəbullarına düşmək mümkün deyil…”

Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış psixoloq Samirə Bağırova gənclər və idman naziri Fərid Qayıbovun hava limanında pasport qeydiyyatı üçün sərnişinlərlə bərabər növbə tutmasına münasibət bildirərkən deyib.

Psixoloq vurğulayıb ki, cəmiyyət olaraq hamı eqoistdir: “Çünki tərbiyə ümumiyyətlə olmadığından yalnız qadağa və çərçivəli qaydalarla, yanlış öyrədilmiş qürur, “camaat nə deyər”, ata ilə hədələmək kimi yanaşmalarla uşaq böyüdürük. Səmimiyyətdən danışıb, lakin onun ümumiyyətlə nə olduğunu bilməyənlər var. Köklü dəyişməsi üçün ata-ananın övladı ilə davranışı dəyişməlidir. Uşaq ailədə necə böyüyürsə, gələcəkdə kimliyindən asılı olmayaraq, cəmiyyətə tərbiyəsini göstərir. Bu yaxınlarda ictimai məsələ ilə bağlı icra hakimiyyətində qəbul üçün qeydiyyata düşmüşəm. Dedilər ki, başçı yatır, gözləyin. Mat-məətəl qalmışdım. Soruşdum ki, nə vaxt oyanacaq? Dedilər “bilmirik, 1 saata da ola bilər, 2 saata da…” Başımı yelləyib çıxdım, düşündüm ki, gör kimlər vəzifəni idarə edir. Halbuki bu vəzifədə daha məsuliyyətli gənc kadrlardan kimsə xalqın bir çox işinə yaraya bilərdi. Vəzifəyə imam üzündə gəlirlər, kreslo görəndə xalqa düşmən kəsilirlər. Məsələ sadə xalqın içində görünməkdə deyil. Vəzifəli adam istəyir şəxsi təyyarəsi ilə səyahət etsin, amma işini vicdanla yerinə yetirsin”.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …