Ana səhifə / Cəmiyyət / Şamaxıdakı məmurlar deputatlığa xanım namizədin qarşısını kəsmək istəyirlər

Şamaxıdakı məmurlar deputatlığa xanım namizədin qarşısını kəsmək istəyirlər

85 saylı Şamaxı seçki dairəsində maraqlı proseslər baş verir. Qeyd edək ki, sözügedən dairədən bir neçə nəfər marafona qatılsa da, əsas mübarizə hazırda millət vəkili mandatını daşıyan 78 yaşlı Elxan Süleymaonovla, tanınmış gənc həkim-dietoloq Ləman Süleymanova arasında gedir.

Yerli sakinlərin Avropa.info-ya verdiyi məlumata görə, Ləman Süleymanova təbliğat-təşfiqat mərhələsində olduqca uğurlu piar aparmağı bacarıb. Xanım namizədin media və sosial şəbəkələr vasitəsilə də apardığı uğurlu təbliğat Elxan Süleymanovu geridə qoyub. Bu səbəbdən də Elxan Süleymanovun yenidən parlamentdə təmsil olunmasını istəyən yerli rəsmi dairələr “özfəaliyyətə” start veriblər. Şamaxıda Ləman Süleymanovanın böyük uğur qazana biləcəyini təxmin edən yerli icra qurumları qanusuz üsullarla seçkiyə müdaxiləyə cəhd göstərirlər. Bununla bağlı Avropa.info-ya kifayət qədər məlumatlar və faktlar təqdim edilib. Ləman Süleymanovanın təbliğat prosesini yaxından izləyən yerli sakinlərdən birinin saytımıza verdiyi məlumata görə, xanım namizədin görüşünə getmək istəyənlərə tədbirlərə qatılmamaq barədə ciddi xəbərdarlıq edilib. Görüşlərin keçirlidiyi bütün inzibati dövlət binalarında elektrik enerjisi əvvəlcədən kəsilib ki, namizəd bütün görüşlərini generator vasitəsi ilə keçirməyə məcbur olub. Qeyd edək ki, görüşlərdə elektrikin kəsilməsini sübut edən videokadrlarda bizə təqdim edilib.

Şamaxıdakı məlumatlı mənbələrin verdikləri xəbərə görə, rayon icra hakimiyyətindəki bəzi qüvvələr Ləman xanımın qazandığı bu uğurdan bərk təşvişə düşüblər. Onlar nəyin bahasına olursa-olsun Elxan Süleymanovu deputat seçdirmək istəyirlər. İcra hakimiyyətinin başçısı isə bu məsələyə maksimum qarışmamağa çalışsa da, ciddi müqavimətlə üzləşib.

Qey edək ki, Ləman Süleymanova əslən Şamaxı rayonundandır və bütün çıxışlarında mövcud hakimiyyətin siyasi kursunu dəstklədiyini bəyan edir.

Mövzuya qayıdacayıq

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın