Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / ŞAMAXIDA BÜTÜN İNZİBATİ RESURSLAR  ELXAN SÜLEYMANOVU DEPUTAT  SEÇMƏK ÜÇÜN  SƏFƏRBƏR OLUB

ŞAMAXIDA BÜTÜN İNZİBATİ RESURSLAR  ELXAN SÜLEYMANOVU DEPUTAT  SEÇMƏK ÜÇÜN  SƏFƏRBƏR OLUB

Şamaxı rayonu 85 saylı seçki dairəsindən namizədliyin irəli sürən, hal-hazırkı Millət vəkili Elxan Süleymanovun parlament seçkilərində təbliğat təşviqat kampaniyasını icra hakimiyyətinin kəndlərdəki icra nümayəndəlikləri aparır.

Rayon sakinlərinin Avropa.info-ya verdikləri məlumata görə, Şamaxının Məlhəm,Çağan, Dədəgünəşli, Çuxuryurd, Əngəxaran kəndlərində Elxan Süleymanovun bukretlərini həmin kəndlərin icra nümayəndələri, onların müavinləri, bələdiyyə sədrləri və məktəb direktorları evləri gəzərək paylayır.

Əngəxaran kəndində icra nümayəndəsi məktəbdə şagirdlərə Elxan Süleymanovun bukretlərini verərək valideynlərinə Elxan Süleymanova səs verilməlidir deməlirini tapşırıb.

Rayon sakinlərinin bildirdiyinə görə, Məlhəm kəndinin sakinləri icra nümayəndəsinin artıq üç gündür ki, Elxan Süleymanovun bukret və şəkilli kalendarlarını evlərə paylayaraq sakinlərə ona səs vermələrini tapşırır.

Çağan və Dədəgünəşli kəndində icra nümayəndəsi Nicat Məmmədov isə hal-hazırda Bakı şəhərində başqa işlə məşğul olduğu üçün onun atası (keçmiş icra nümayəndəsi ) Bülbül Məmmədov oğlunun işlərin idarə edir. İcra nümayəndəsinin atasının kənd sakinləri ilə görüşərək Elxan Süleymanova səs vermələrini tapşırdığı bildirilir.

Kənd icra nümayəndəsinin Gürsel adlı müavini isə sakinlərə hətta hədə qorxu da gəlib.

“Gürsel bizə deyib ki, birdən namizədlərdən kimsə gələrsə sakinlərlə görüş keçirməyə, o görüşə yalnız mən, icra nümayəndəsi və məktəb direktoru olacağıq. Heç bir kənd sakini görüşə gələ bilməz. Gəlsə və ya Elxan müəllimdən başqasına səs versə baxsın o adam işinə”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın