Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Salyan icra hakimiyyəti qalmaqalı fotoya görə məsuliyyəti jurnalistlərin üstünə atır“Bunlar şantajdır”

Salyan icra hakimiyyəti qalmaqalı fotoya görə məsuliyyəti jurnalistlərin üstünə atır“Bunlar şantajdır”

Salyanın icra başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan və qalmaqala səbəb olan fotosu ilə bağlı açıqlama verilib.

Rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov azvision.az-a bildirib ki, icra başçısının fotosu Gül Bayramı ilə bağlı keçirilən tədbirlər zamanı çəkilib.

“Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil. Bu, şantaj və böhtandır. İki il bundan öncə keçirilən tədbirdə çəkilən fotonu bəzi adamlar sosial şəbələrdə qəsdən paylaşıblar. Bütün bunlar şantaj və qarayaxma kampaniyasının tərkib hissəsidir”-deyə Rəşad Cəbrayılov qeyd edib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın