Ana səhifə / Cəmiyyət / Şahmar İbadov məhkəməyə verildi

Şahmar İbadov məhkəməyə verildi

Azərbaycanda bank vəzifəli şəxsi məhkəməyə verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Rabitəbank” ASC Nərimanov Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini, Prezident Administrasiyasının İşlər İdarəsinin sektor müdiri Şahmar İbadovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Bank məhkəmədə məmurla bağlı kredit müqaviləsi üzrə iddia tələbi irəli sürüb. Lakin kreditin məbləği qeyd edilməyib.

Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib. İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Ş.İbadov 2020-ci ilin noyabrında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub. O, Prezident Administrasiyasının İşlər İdarəsində sektor müdiri təyin edilib.

Xatırlatma: Ş.İbadovun oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Hökmdən narazı qalan E.İbadov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, E.İbadovun apellyasiya şikayəti təmin olunub, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …