Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Sağ olsunlar, məni işsiz qoymadılar” – Şəmsəddin Xanbabayevdən yeni vəzifəsi ilə bağlı açıqlama

“Sağ olsunlar, məni işsiz qoymadılar” – Şəmsəddin Xanbabayevdən yeni vəzifəsi ilə bağlı açıqlama

“Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri seçilməyim doğrudur”. 

Bu sözləri Yenisabah.az-a Xaçmaz rayonun bu günlərdə istefa verən 81 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev deyib. O, Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri seçilməsi haqda danışarkən yeni vəzifəsinin öhdəsindən layiqincə gələcəyini bildirib. “Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradanda mən onun yanında olmuşam. Bu partiya mənə doğmadır və mən əlbəttə ki, etimadı doğrultmağa çalışacağam”, deyə Şəmsəddin Xanbabayev əlavə edib.

Keçmiş icra başçısı həmçinin ölkə rəhbərliyinə onu işsiz qoymadığı üçün təşçəkkür edib: “Sağ olsunlar, xidmətlərimi nəzərə alıb mənib işsiz qoymadılar. İşimə yüksək qiymət verildiyinə cənab Prezidentə təşəkkür edirəm. Gördüyümüz işlərə qiymət verməklə bizi bir qədər də cavanlaşdırdı, boynumuza böyük məsuliyyət qoydu. Belə də olmalıdır.Yeni vəzifəmi camaat da yaxşı qarşıladı. Yəqin ki, burda da öz xeyrimi verəcəm”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …