Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Saflığa doğru” adlı tədbir keçirilib

“Saflığa doğru” adlı tədbir keçirilib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılğı ilə “Saflığa doğru” adlı tədbir keçirilib. Tədbirdə Bakıda fəaliyyət göstərən ictimai fəal xanımlar iştirak edib.

  Birlikdən verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, mənəvi dəyərlərimizin mühafizə olunması həm də milli dirçəlişimizin inkişafı deməkdir: “Unutmamalıyıq ki, vətən uğrunda şəhadətə qovuşanların aldığı dərs mənəvi dəyərlərimizdən keçib. Ən çox sevindirici hal onadan ibarətdir ki, bu gün ölkəmizdə milli və mənəvi irsimizin əsl himayəçisi Azərbaycan dövlətidir. Seçkilərdən sonra prezident İlham Əliyevin  yenidən inşa olunan məşhur Hacı Cavad məscidinin açılışını etməsi bunun sübutudur”.
S. Əzimbəyli qeyd edib ki, birlik və bərabərliyimizi, əbədi qardaşlığımızı pozmağa yönələn yad təsirlərdən mühafizə olunmağımızın bir yolu da mənəvi saflığımızın qorunmasından keçir. Onun sözlərinə görə, həqiqi mənəviyyat adamı dini və milli kimliyə sahib olan əsl ölkə vətəndaşıdır.
Tədbirdə “Yeni Üfüq” İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova isə mövzu ətrafına çıxış edərək ədəbi klassiklərimizin yaradıcılığında mənəvi saflığın, nəfsin, şükürün rolundan ayrıca bəhs etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda müqəddəs vətən şəhidlərinin əziz ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …