Azinforum.az xəbər verir ki, İmişli rayon maliyyə idarəsinin sabiq rəisi Rəhim Rəhimov maliyyə idarəsinin hazrkı baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin İmişli şöbəsinin baş mühasibi Kərim adlı şəxsi döyərək ona ağır bədən xəsarəti yetirib. Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılıb.
Etdiyi xüluqanlıq hərəkətlərinə baxmayaraq, sabiq rəis hər kəsə bildirir ki, onunla bağlı heç bir problem yoxdur. Hətta Rəhim Rəhimov maliyyə nazirliyində müxtəlif adamları gördüyünü və bunun da nəticəsində yaxın zamanlarda yenidən öz işinin başına qayıdacağı ilə bağlı anons da verir. Maraqlısı budur ki, sözügedən şəxs barəsində dələduzluq və xuliqanlıq maddəsi ilə cinayət işinin açılmasına rəğmən, Rəhimov hələ də vəzifəyə qayıdacağı arzusu ilə yaşayır. Bütün yaşananlardan bu nəticəni çıxarmaq olar ki, icra başçısı Vilyam Hacıyev tabeçiliyində olan məmurlara nəzarəti tam itirib.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq
Şəlalə
Azinforum.az