Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Sabiq təhsil naziri: “Dərs yükü çox ağırdır, yüngülləşdirmək lazımdır”

Sabiq təhsil naziri: “Dərs yükü çox ağırdır, yüngülləşdirmək lazımdır”

“Bizim vaxtımızda dərslər sentyabrın 1-də başlayırdı. Biz də bu durumu yaşamışıq. Sonradan isti hava şəraiti məcbur etdi ki, tədris ilinin başlama vaxtı bir az geri çəkilsin. Tədrisə daha çox vaxt ayrılması baxımından təhsil naziri Emin Əmrullayevin dərslərin sentyabrın 1-də başlaması təklifini dəstəkləmək olar. Tədrisə nə qədər çox vaxt ayrılsa, o qədər təhsilin xeyrinədir. Amma nəzərə almalıyıq ki, vaxtla məsələ həll olunmur. Dərs yükü çox ağırdır, bunu yüngülləşdirmək lazımdır. Həddən çox artıq fənlər var. Uşaqların beyninə artıq mövzular yeridilir, halbuki bu mövzulara ehtiyac yoxdur. Uşaqlara bir az sərbəstlik vermək lazımdır”.

Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

F.Cəlilov Emin Əmrullayevin həftə sonu dərs gününün olması barədə fikrinə isə belə münasibət bildirib: “Həftədə 6 dərs gününün olması önəmli deyil. Çünki uşaqlar artıq 5 günə öyrəşiblər. Heç olmasa iki gün imkan yaratmaq lazımdır ki, uşaqlar öz uşaq problemləri ilə məşğul olsunlar”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …