Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Sabiq nazir “Əməkdar hüquqşünas” oldu – SƏRƏNCAM

Sabiq nazir “Əməkdar hüquqşünas” oldu – SƏRƏNCAM

Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.
Azinforum.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adı verilib.
Qeyd edək ki, S.Həsənova Ədliyyə naziri ( 1995 – 2000),  Ali Məhkəmənin sədri (2000 – 2005) vəzifələrində işləyib. O, 2005-ci ildən bu günədək Konstitusiya Məhkəməsinin hakimidir.
Azinforum.az bildirir ki, Südabə Həsənova əslən Naxçıvan MR-in Şərur rayonundandır. Onun  özündən kiçik qardaşı Rəşid Həsənov  90-cı illərin əvvəllərində mərhum prezident Heydər Əliyev  Naxçıvan MR Ali Məclisinin sədri olanda,  Ümummilli Liderin birinci müavini olub. Rəşid Həsənov  daha sonra Bakının Əzizbəyov rayonunun prokuroru vəzifəsində çalışıb.
Azinforum.az

 

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …

Bir cavab yazın