Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Sabiq deputatdan Astan Şahverdiyevə: “Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”

Sabiq deputatdan Astan Şahverdiyevə: “Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”

DİN-in “Gelandewagen”lə törədilən qəza ilə bağlı açıqlamasına rəğmən, millət vəkili Astan Şahverdiyevin “Nail Allahverdiyev hadisə zamanı evdə olub” sözləri sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.

Bir müddət əvvəl Rusiyada yaşayan vətəndaşlarımızın ünvanına “otxod” sözünü işlədən deputatın ünvanına sərt sözlər isə sabiq həmkarından gəlib.

Keçmiş millət vəkili Etibar Hüseynov Şahverdiyevi “yaş yuyub, quru sərib”. Həmin statusu olduğu kimi təqdim edirik: “Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”.

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın