Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Sabah Bakıda Zəfər paradı keçiriləcək

Sabah Bakıda Zəfər paradı keçiriləcək

Sabah Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm hərbi parad keçiriləcək.

Paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları da keçid edəcəklər.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq.

Qeyd edək ki, Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …