Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub

“Şərq qapısı” qəzetinin baş redaktoru dəyişdirilib.
Azinforum.az-ın xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Mehriban Paşa qızı Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.
M.Sultanova bundan öncə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Qabil oğlu Səfərov idi.
Qeyd edək ki, “Şərq qapısı” qəzetinin təsisçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın