Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Sərin meşə, bulaq başı, göy çəmən… – Piknik neçəyə başa gəlir?

Sərin meşə, bulaq başı, göy çəmən… – Piknik neçəyə başa gəlir?

Koronavirus pandemiyası səyahət etməyi sevən insanların əhval-ruhiyyəsinə maraqlı düzəlişlər edib.

Yenisabah.az xəbər verir ki, turizm sahəsində fəaliyyət göstərən mehmanxanaların, hotellərin, ictimai iaşə müəssisələrinin fəaliyyətindəki məhdudiyyətlərə görə, bir çoxları təbiət qoynunda dincəlməyə üstünlük verirlər. Bu baxımdan insanlar tərəfindən çadırlar, yataq çantaları, piknik üçün masalar və digər oxşar malların alınması xeyli artıb.

Maraqlıdır, bir ailənin piknik etməsi üçün nə qədər vəsait lazımdır?

Qiymətlərlə tanış olmaq üçün bir neçə marketə baş çəkdik və bir ailənin bir neçə saatlıq istirahətdə istifadə edəcəyi məhsulların qiymətini öyrəndik. Məsələn, pomidorun ortalama qiyməti 60, xiyarın qiyməti isə 50 qəpikdir, əgər ailə dörd nəfərdirsə, hər iki məhsuldan bir kiloqram yəqin ki, kifayət edər. 

İki təndir çörəyi üçün 1.20 manat ödəmək lazımdır. Kolbasanın bir rulonun qiyməti keyfiyyətindən asılı olaraq minimum 7-10 manat civarındadır. Yarım kiloqram Bərdə pendiri isə 3 manata başa gəlir. Əgər ailə ağzının dadını dəyişmək istəsə, minimum 2 kiloqram quzu əti almalı olacaq ki, bu da təxminən 26 manat edir. Quzu kababının yanında badımcan və bibər kababı da pis olmaz. Bunun üçün isə cəmi 1 manat xərcləmək kifayət edir. 

Piknikdə spirtli içki əvəzinə meyvə şirəsinə üstünlük verilərsə, 3-4 manat xərcləmək lazım gələcək. Meşədə kabab çəkib, samovar qaynatmaq üçün münasib yer kirayələmək üçün azı 20 manat ödəniş etmək şərtdir. Bu isə o deməkdir ki, bir ailənin günlük istirahəti üçün yol xərci nəzərə alınmadan minimum 60-70 manat vəsaitə ehtiyac var.

Məncə, dəyər. Nahaq deməyiblər ki, bir günün bəyliyi də bəylikdir…

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …