Ana səhifə / Cəmiyyət / Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı

Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı

Siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya cinsi təcavüzdə ittiham olunan Əsgər Ağayev saxlanılıb. Bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib. O, hadisənin bir il əvvəl baş verdiyini yazıb. S.Qəhrəmanlı hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib: “İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam”.

S.Qəhrəmanlının iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib. Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …