Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Səhnəyə çıxan ilk müsəlman qadının narkotiklə sönən sevgi hekayəsi… – FOTOLAR

Səhnəyə çıxan ilk müsəlman qadının narkotiklə sönən sevgi hekayəsi… – FOTOLAR

16 yaşlı Afifə İstanbul sənaye məktəbində oxuyurdu. Lakin onun istəkləri tamam başqa idi. Onun istəyi daha çox teatr səhnələri  idi. Müsəlman qadınların xüsusi icazələr ilə səhnəyə çıxa bildikləri illər idi. Darülbedayi İstanbul şəhər teatrı bir imtahan keçirir. Afifə də özünə əminliklə bu imtahanlara qatılır.

İmtahanlarda yüksək nəticə əldə edən Afifə bunu bir müddət hər kəsdən gizləyir. Bunu bildikdən sonra ailəsinin ona təyziqləri artır. Hətta atası onu “sənin kimi bir qızım yoxdur, sən fahişəsən” deyərək, evdən qovur.

Картинки по запросу afife jale

Yazının ikinci qəhrəmanı isə Səlahəddin Pınardır. O dönəmlərdə millət vəkilinin oğlu olan Səlahəddin də bəstəkar olmaq sevdasında idi. Lakin atası onu hüquqşunas olaraq görmək istəyirdi. Bir gün evlərində baş tutan qonaqlıqda ata ilə oğul arasında mübahisə böyümüşdü. Bu mübahisə nəticəsində də Səlahəddin “bir gün sizi mənim adım ilə anacaqlar” deyərək evdən ayrılır.

Картинки по запросу afife jale selahattin pınar

Afifə artıq teatrda təcrübəli aktrisa kimi səhnələrə çıxırdı. Afifə böyük nəaliyyətlər əldə edir. Hətta Parisə kimi gedib çıxır. Böyük səhnələrdə rol alan Afifə haqqında hər kəs danışmağa başlayır. Onun necə bacarıqlı olduğu geniş müzakirələrə yol açır. Hər dəfə polislər səhnələri basıb, müsəlman qadınların səhnəyə çıxmasının qadağan olduğunu bildirib, Afifəni axtarırdılar. Lakin o da hər dəfə səhnənin arxa qapısından qaçaraq gizlənirdi.

Səlahəddin Pınar ilə Afifənin bir musiqi tədbirində yolları kəsişir. Bir-birinə aşiq olan gənclər uzun müddət sonra evlənməyə qərar verirlər. Səlahəddin Pınar həyat yoldaşı Afifəyə “Bir bahar axşamı rastladım sizə” adlı mahnı bəstələyir. Teatr səhnələrindən uzaq qalan Afifənin sinir sitemi pozulmağa başlayır və xəstələnir.

Картинки по запросу selahattin pınar

Afifə qorxunc baş ağrıları ilə həkimə müraciət edir. Bu qorxunc baş ağrılarını dindirmək üçün həkim Afifəyə morfin tətbiq etməyə başlayır. Morfin Afifədə asılılıq yaradır. Getdikcə əngəllənməz hala gələn vəziyyət onun həyat yoldaşı ilə arasında mübahisələrə yol açır. Afifə artıq gizlicə morfindən istifadə etməyə başlayır.

Картинки по запросу afife jale selahattin pınar

Səlahəddin Pınar Afifəni anlaya bilmək üçün o da morfindən istifadə etməyə başlayır. Afifə sevdiyi həyat yoldaşına “tərk et məni, yoxsa sən də məhv olacaqsan” deyərək yalvarmağa başlayır. Mərhəmət və iztirab arasında qalan Səlahəddin 6 ay sonra Afifədən boşanır. Bundan sonra Afifə səfil həyat yaşamağa başlayır.

İllər sonra yeni bir ailə həyatı quran Səlahəddin Pınar Afifəni hələ də unuda bilməmişdi. O, Afifə üçün “Hardan sevdim o zalım qadını” adlı yeni bir mahnı bəstələyir. Ömrünün son illərini ruhi xəstəxanada keçirən Afifə 39 yaşında elə orada da dünyasını dəyişir.

Картинки по запросу türk sanat müziği bestecileri

Onun cənazəsinə cəmi 4 nəfər qatılır. Afifənin ölümünün ardından əzab çəkməyə başlayan Səlahəddin Pınar da içkiyə qurşanır. O da içki içdiyi masa başında dünyasını dəyişir.Musavat.com

Картинки по запросу afife jale ve selahattin pınar

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …